DAM ÖRTÜKLƏRİ

ANA SƏHİFƏ / MƏHSULLAR / DAM ÖRTÜKLƏRİ 

PROFNASTİL

PROFNASTİL-tipli dam örtükləri kifayət qədər böyük tələbata sahibdir. Ona görədirki quraşdırılma zamanı itkisi digər dam materiallarına nisbətdə nəzərə çarpacaq dərəcədə azdır və buda özlüyündə cibə ən sərfəlisi sayılır. Yaşayış evlərinin, binaların və həyət yanı sahələrin çəpərlənməsində geniş istifadə olunur.

Forma olaraq profasntillər 4 cürdür-H20 (eni  1,15 metr)-H30 (eni 1,10 metr)-H45 (eni  1,02 metr)-H60 (eni  0,93 metr).  Atmalar arası məsafə böyük olduqda məsləhəti qabırğa hündürlüyü daha çox olan formalara üstünlük verilməlidir. Beton altı üçün istifadə üçün istifadə olunan profnastil  H-60 (eni 0.92)

METAL KİRƏMİT

Dam örtüyü materialları arasında metal-kirəmit daha çox yayılıb. Bu dam örtükləri forma alınması üçün eninə damğalanan və təbii kirəmitə bənzəyən, polimer örtüklü sinklənmiş polad lövhələrdir.

Metal-kirəmit poladın diyircəkli yayılması və ardınca soyuq ştamplama yolu ilə alınır. Onun əsasını 0,4-0,6mm qalınlıqlı, müxtəlif rəngli polimerlə örtülmüş polad lövhə təşkil edir. Polad lövhələri sink və ya sink və aluminium xəlitə ilə örtülür. Bundan sonra onlar passivasiya edilir, astarlanır və metalı korroziyadan qoruyan və rəng dayanıqlılığını təmin edən qoruyucu polimer təbəqə ilə örtülür.