HAQQIMIZDA

ANA SƏHİFƏ / HAQQIMIZDA

METSAN PANEL

NİYƏ BİZ?

Sendviç panel və Dam örtükləri istehsalında Azərbaycanda ilk istehsalçılardan biri olan «Metalsan Group» şirkətinin əsası 2006-ci ildə qoyulmuş və qısa müddət ərzində inşaat sektorunda aparıcı yerlərdən birinə sahib olmağı bacarmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodda istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Hal-hazırda şirkət sendviç panel və dam örtüklər istehsalı sahəsində fəaliyyət göstərməklə 100-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.

Belə ki, «Metalsan Group» sendviç panel istehsalı sahəsində də yeniliklər etmiş, 2018 ci ildə ölkəmizdə ilk müasir tipli Sendviç panel istehsalı müəssisəsinin əsasını qoymuşdur. 2021 ci ildə istehsal gücünün artirilması məqsədi ilə Qafqaz regionun ən böyük və müasir techizatlı sendviç panel istehsalı xəttini qurmuşdur.
Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda-sürətlə inkişaf edən milli iqtisadiyyatımıza önəmli töhvələr vermək naminə fəaliyyətini daim genişləndirir.

Metsan panel sendviç panelləri zavodunda istehsal olunan PUR,PİR,EPS,Daş yunu izolyassiyalı yüksək keyfiyyətli sendviç panellər müştərilərə zamana və büdcəyə qənaət etməklə yanaşı həm də tikililələrdə estetik görünüş vəd edir. İstehsal xəttini ümumi uzunluqu 170 metr, 2 qat kəmərli pressin 24 metr olması 10m2/dəqiqə istehsal gücü hasil edir bu da 1 iş növbəsində 4800 m2 sendviç panel istehsal olunmasına xidmət edir. Tam təcizatlı istehsal xəttimizdə hazırlanan panellər bütün normativ tələblərə uyğun istehsal olunur və soyutma sistemində tam dincəldikdən sonra xarici təsirlərdən mühafizə olunacaq şəkildə qablaşdırılır və peşəkar heyət tərəfindən daşınmaya hazır hala gətirilir. Bu da öz növbəsində müştəriləri daşınma zamanı baş verə biləcək hadisələrdən sığortalayır.

İSTEHSAL XƏTTİ

1 Bobin açıcı

2 Roll Form

3 PUR-PIR ehtiyyat çənləri

4 PUR-PIR tökmə nöqtəsi

5 Ikiqat kəmərli pres

6 Sendviç Panel boy Kəsimi

7 Soyutma Bölməsi

8 Vakum

9 Qablasdırma